Klipdəki atışma səhnəsi gerçək oldu - Aktyor güllələndi

Klipdəki atışma səhnəsi gerçək oldu - Aktyor güllələndi
  23 Yanvar 2017    Oxunub:3811
Avstraliyada aktyor qətlə yetirilib.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, hadisə Brisben şəhərində klip çəkilişi zamanı qeydə alınıb.

“Bliss n Eso” hip-hop qrupunun klipinin çəkilişi zamanı ssenari əsasında atışma səhnəsi çəkilirmiş. Bu vaxt gənc aktyorlardan biri sinəsindən güllə yarası alıb və hadisə yerində keçinib.

Polisin nümayəndəsi Tom Armitt baş verənləri “istehsalat insidenti” adlandırıb. Onun sözlərinə görə, çəkilişdə iştirak edən aktyorların tapançalarına döyüş patronu, yoxsa boş patronlar qoyulduğu hələlik məlum deyil. Qeyd olunur ki, yaxın məsafədən atəş zamanı boş patron da insanın ciddi yara almasına səbəb ola bilər.

Qeyd edək ki, “Bliss n Eso” qrupu 2000-ci ildə yaradılıb. Musiqiçilər tərəfindən beş studiya albomu çıxarılıb. Onlardan ikisi Avstraliyada ən çox satılan albom seçilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti