Kraldan çağırış: `Allaha qayıdın, yağış duası edin`

Kraldan çağırış: `Allaha qayıdın, yağış duası edin`
  23 Yanvar 2017    Oxunub:4321
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud əhalini cümə axşamı məscidlərə gedərək yağışın yağması üçün dua etməyə çağırıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə krallığın yaydığı bəyanatda bildirilib.

“Hamı tövbə etməli, mərhəmət göstərməli və Allaha qayıtmalıdır”,- deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, yanvarın 10-da Birləşmiş Ərəb Əmirliklərinin prezidenti şeyx Xəlifə bin Zayed Al Nəhyan müsəlmanları məscidlərə gedərək yağışın yağması üçün dua etməyə çağırmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti