Daha bir erməni iş adamının meyiti tapıldı

Daha bir erməni iş adamının meyiti tapıldı
  23 Yanvar 2017    Oxunub:3513
Bu gün səhər saatlarında Ermənistanın paytaxtı İrəvanda 44 yaşlı iş adamının meyiti aşkarlanıb.
AzVision.az “Armenpress”-ə istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində meyiti tapılan şəxsin “Panorama” otelinin sahibi Tiqran Kalmukyanın olduğu bildirilib.

Hazırda Ermənistan polisi faktla bağlı araşdırmalar aparır.

Qeyd edək ki, bu, son günlər Ermənistanda iş adamlarının ölməsi ilə bağlı qeydə alınan ikinci faktdır. Belə ki, Tavuş sakini 34 yaşlı Davit Melkumyan 12 mərtəbədən özünü yerə ataraq intihar edib. O, hadisə yerində keçinib.

Məlumata görə, Melkumyan Tavuş" MMC-nin direktoru vəzifəsində çalışıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti