`Metsamor region üçün təhlükə mənbəyidir` - Erməni mütəxəssis
Region üçün təhlükə mənbəyi olan AES-in istismar müddəti bitsə də, Ermənistan onun fəaliyyətini dayandırmır. Stansiyanın mütəxəssisi Aleksandr Hovakimyan Metsamorun seysmik zonada yerləşdiyini, nəinki Ermənistan, bütün region üçün böyük təhlükə mənbəyi olduğunu deyib. Bildirib ki, stansiya hökumətə enerji yox, başqa məqsədlər üçün lazımdır. A.Hovakimyan Ermənistanın Müdafiə Nazirliyinin əks kəşfiyyat şöbəsində işləyərkən AES barədə ictimaiyyətdən gizli saxlanılan bir çox məlumatlara sahib olduğunu deyib. O vurğulayıb ki, iki blokdan ibarət Metsamor AES-in fəaliyyəti dərhal dayandırılmalıdır.
1993-cı ildə yenidən işə salınan stansiyanın istismar müddəti tam başa çatıb. 2009-cu ildə yeni AES-in tikintisi üçün qərar qəbul edilsə də, Ermənistanda maliyyə çatışmazlığı səbəbindən bu layihə reallaşmayıb.
AzVision.az