Suriyadakı döyüşlərdə 33 erməni ölüb

Suriyadakı döyüşlərdə 33 erməni ölüb
  23 Yanvar 2017    Oxunub:6970
Suriyada Bəşər Əsədə bağlı qoşunların tərkibində döyüşən erməni silahlısı Jan Koracyan Hələbin kəndlərindən birində ölüb.

AzVision.az “Report”a istinadən xəbər verir ki, o, yanvarın 23-də dəfn edilib.

Məlumata görə, bununla da Suriyadakı qarşıdurmada ölən erməni silahlılarının sayı 33-ə çatıb.

Qeyd edək ki, Suriyadakı ermənilər bir qayda olaraq Rusiya və İranın müdafiə etdiyi Bəşər Əsəd silahlılarının tərkibində döyüşürlər.

Onu da xatırladaq ki, Rusiya Suriyadakı silahlı münaqişəyə fəal qoşulmazdan əvvəl ölkədəki ermənilər kürd silahlılarla birlikdə Əsədə qarşı savaşdıqlarını bəyan edirdilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti