Qarabağda erməni əsgər hərbçi yoldaşını güllələyib

Qarabağda erməni əsgər hərbçi yoldaşını güllələyib
  23 Yanvar 2017    Oxunub:11918
Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbçi Araik Sarksyanın ölümü ilə bağlı yeni fakt üzə çıxıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, istintaq zamanı hərbçinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbçi yoldaşı tərəfindən güllələndiyi məlum olub.

Müəyyən edilib ki, Sarkisyanla eyni hərbi hissədə xidmət keçən digər hərbi qulluqçu odlu silahdan istifadə qaydalarını pozaraq onun qarın nahiyəsinə xəsarət yetirib.

Həmin hərbçi artıq həbs edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti