Ermənistan İran məhsullarına qadağa qoydu

Ermənistan İran məhsullarına qadağa qoydu
  24 Yanvar 2017    Oxunub:2353
Ermənistan İrandan quşçuluq məhsullarının idxalına qadağa qoyub.

Bu barədə “Kavkaz-uzel” Ermənistanın kənd təsərrüfatı nazirliyinə istinadən məlumat yayıb.

Quş qripi təhlükəsinə görə qoyulan qadağa yumurta, quş, xammal və quş yeminə şamil edilir. Məlumata əsasən, müvəqqəti qadağa Mərkəzi Gülüstan, Gilan, Kirmanşah, Qəzvin vilayətləri və Tehrandan gətirilən məhsullara aiddir.

Qadağa 20 yanvaradək İrandan Ermənistana gətirilən məhsullara aid deyil.

AzVision.az


Teqlər:  





Xəbər lenti