Donald Tramp məhkəməyə verildi

Donald Tramp məhkəməyə verildi
  24 Yanvar 2017    Oxunub:4010
ABŞ-ın yeni prezidenti Donald Trampa qarşı ölkədəki vətəndaş cəmiyyətlərindən biri məhkəmə iddiası qaldırıb.

"NBC" telekanalı xəbər verir ki, prezident digər hökumətlərdən qanuna uyğun olmayan ödənişlər almaqda ittiham edilir.

İddiada bildirilir ki, Donald Tramp öz şirkətləri ilə biznes əlaqəsini kəsmədiyi müddətdə konstitusiyanı pozmuş olacaq:

"Digər ölkələr Trampa məxsus "Trump Tower"də, onun Vaşinqtondakı "Old Post Office" otelində yer icarəyə götürürlər və buna böyük məbləğdə pul ödəyirlər. Bizim ölkədə heç bir prezident digər dövlətlərdən belə böyük məbləğlərdə pul götürməyib".

AzVision.az


Teqlər:  





Xəbər lenti