AST Telman rəsmən müflis elan edildi
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Arbitraj məhkəməsinin bildirdiyinə görə, İsmayılov şikayət ərizəsini noyabr ayının 24-nə kimi təqdim etməli idi. Sənədlər isə məhkəməyə yaknız dekabrın 28-də daxil olub. İş adamının gecikməni izah etmək üçün göstərdiyi səbəbləri məhkəmə üzrlü hesab etməyib.
Telman İsmayılovun müflisləşmə proseduru 2016-cı ilin avqust ayında başlayıb. Qərar iş adamının 17,4 milyard rubl borclu olduğu “VTB Bank”ın iddia ərizəsi əsasında verilib.
2015-ci ilin dekabr ayında Moskva vilayətinin Arbitraj Məhkəməsi kreditor Boris Zubkovun ərizəsi əsasında baxılan işin yekununda Telman İsmayılovu artıq müflis elan etmişdi. Lakin 2016-cı ilin martında bu qərar apellyasiya məhkəmısində ləğv olunmuşdu. Sonradan bu qərardan Telman İsmayılov Ali Məhkəməyə də şikayət ərizəsi vermişdi.
2007-ci ildə İsmayılovun təsis etdiyi “AST” qrupuna daxil olan təxminən 30 şirkətin illik dövriyyəsi, iş adamının öz sözlərinə görə, 3 milyard dollara bərabər idi.
AzVision.az
Teqlər: