MKİ-nin yeni rəhbəri kimdir? - DOSYE

MKİ-nin yeni rəhbəri kimdir?  - DOSYE
  24 Yanvar 2017    Oxunub:3254
ABŞ Konqressinin Senatı Kanzas ştatından olan konqresmen Maykl Pompeonu Mərkəzi Kəşfiyyat İdarəsinin yeni direktoru təyin edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, onun lehinə 66 senator səs verib. Səsvermədən sonra ABŞ-ın vitse-prezidenti Maykl Pens Mərkəzi Kəşfiyyat İdarəsinin yeni direktorunu təqdim edib.

Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin yeni direktoru 30 dekabr 1963-cü ildə Kaliforniyada anadan olub. Maykl Pompeo “Uest-Poynt” hərbi akademiyasına daxil olub və oranı 1986-ci ildə bitirib. Daha sonra orduda xidmət edib və Fars Körfəzi müharibəsində iştirak edib. Onun hərbidə fəaliyyəti bununla bitib və bizneslə məşğul olmağa başlayıb. O, özəl mühafizə xidməti yaratsa da, bir müddətdən sonra aktivlərini satıb.



Maykl Pompeo eyni zamanda neft axtarışları üzrə şirkət yaradaraq ona rəhbərlik etməyə başlayıb. Bu sahədə işlədiyi müddətdə büdcəsini xeyli artırıb. 1994-ci ildə Harvard universitetində hüquq doktoru dərəcəsi alıb, hüquq firmasında işləməyə başlayıb. 54 yaşlı M.Pompeo 2011-ci ildən Kanzas ştatını ABŞ Nümayəndələr Palatasında təmsil edib.



O, Rusiya ilə münasibətdə sərt ritorika nümayiş etdirib. MKİ-nin yeni rəhbərinin fikrincə, rəsmi Moskva özünü aqressiv aparır və demək olar ki, İŞİD terrorçu qruplaşması ilə mübarizədə ciddi səy göstərmir. O hesab edir ki, ABŞ Rusiya tərəfindən törədilən kiberhücumlara güclü cavab verməlidir.

MKİ-nin yeni direktorunu fikrincə, İranla dünya gücləri arasında əldə edilən nüvə razılaşması ABŞ-ın səhvidir. Çin mövzusuna toxun Pompeo hesab edir ki, bu ölkə kifayət qədər gərgin vəziyyət yaradır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti