Poroşenko rusiyalı jurnalistləri pərt etdi

Poroşenko rusiyalı jurnalistləri pərt etdi
  25 Yanvar 2017    Oxunub:1934
Ukrayna prezidenti Pyotr Poroşenko Helsinkiyə səfəri zamanı rusiyalı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
AzVision.az xəbər verir ki, “İnterfaks-Ukraina”nın yaydığı məlumata görə, Poroşenko Donbas azad olunmayınca Rusiya mətbuatına açıqlama verməyəcəyini deyib.

“Ukraynalıları öldürməyə son qoyun və ərazimizi azad edin”, - deyə Poroşenko Rusiyaya səslənib.

Xatırladaq ki, Poroşenko bundan öncə də rusiyalı jurnalistlərə müsahibə verməkdən imtina etmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti