`Ermənilər məni konyakla satın almaq istəyirdilər` - Ukraynalı deputat

`Ermənilər məni konyakla satın almaq istəyirdilər` - Ukraynalı deputat
  25 Yanvar 2017    Oxunub:3999
Ermənistan nümayəndə heyəti Ukraynanın deputatı, AŞPA-da “Avropada jurnalistlərə və söz azadlığına təhdidlər barədə” hesabatın müəllifi Vladimir Aryevu konyakla satın almaq istəyib.
AzVision.az xəbər verir ki, bu barədə Vladimir Aryev “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, erməni nümayəndə heyəti dinləmələrə mane olmağa çalışıb.

“AŞPA mənim Avropada söz azadlığına dair hesabatımı qəbul etdi. Bu, mübaliğəsiz bir jest idi. Dünən erməni deputatlar Strasburqda əllərində konyak arxamca düşmüşdülər ki, mən Dağlıq Qarabağın Azərbaycana məxsus olması fikrindən imtina edim. Bu gün isə Assambleyada hansısa üçmanatlıq kompromatla gəliblər ki, “Aryevin nənəsi azərbaycanlıdır”. İndi mən dəqiq bilirəm, gülməli iş görmək istəyirsənsə, Ermənistan parlamentindən müşavir çağır”, - Aryev qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti