`Transparency İnternational`: Ermənistanda korrupsiya halları artıb

`Transparency İnternational`: Ermənistanda korrupsiya halları artıb
  25 Yanvar 2017    Oxunub:2224
“Transparency International” (Beynəlxalq Şəffaflıq) növbəti hesabatını açıqlayıb.

AzVision.az xəbər verir ki, reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir. Hesabatda Korrupsiyanı qavrama indeksinə görə Ermənistan siyahıya daxil olan (100 mümkün xaldan 33 xal) 176 ölkə arasında 113-cü yerdə qərarlaşıb.

Ötən il isə Ermənistan 167 ölkə arasında korrupsiya qavrama indeksi üzrə 95-ci yeri tutmuşdu. Bildirilib ki, keçən il ərzində Ermənistanda korrupsiya ilə mübarizədə geriləmə qeydə alınıb.

Təşkilatın işğalçı ölkədə korrupsiya faktları ilə bağlı hesabatında bildirilir ki, bu ölkədə korrupsiya halları ötən yarımillikdə də azalmayıb, əksinə artıb. Bu xoşagəlməz halla bağlı mübarizə tədbirləri hələ də kağız üzərindən əməli işə keçməyib.

Vergi ödəyiciləri arasında keçirilən rəy sorğusu da bunu təsdiqləyir. Sahibkarlıqla məşğul olmaq istəyənlər küllü miqdarda rüşvət ödədiklərini deyirlər. Onların hökumətə inamı yoxdur. Ölkədə toplanan verginin korrupsiyaya qurşanmış rəsmilər və məmurlar tərəfindən mənimsənilməsi ilə bağlı çoxsaylı fakt var.

Qeyd olunub ki, dövlət vəsaitlərinin ayrılması və xərclənilməsi prosesinin şəffaflığının daha da artırılması vacibdir. Qanunverici orqanda dövlət büdcəsinin layihəsinin müzakirəsinə maraqlı tərəflər daha çox cəlb edilməli, dövlət vəsaitlərindən istifadə edilməsinə ictimai nəzarət gücləndirilməlidir.

Qeyd edək ki, reytinqdə birinci yeri Danimarka tutub.

AzVision.az


Teqlər:  





Xəbər lenti