Qar uçqununda ölənlərin sayı 21 nəfərə çatıb

Qar uçqununda ölənlərin sayı 21 nəfərə çatıb
  25 Yanvar 2017    Oxunub:1306
İtaliyada otelin qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli "Rai News" telekanalı məlumat yayıb.

Bildirilib ki, xilasedicilər "Rigopiano" mehmanxanasının dağıntıları altından 3 nəfərin meyitini tapıb. Hazırda daha 8 nəfərin axtarışları davam etdirilir.

İnsident baş verən zaman mehmanxanada 40 nəfər olub. Onlardan 11 nəfəri xilas edilib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti