Lapşin Azərbaycana verilməsi haqda qərardan şikayət etdi

Lapşin Azərbaycana verilməsi haqda qərardan şikayət etdi
  25 Yanvar 2017    Oxunub:2080
Minskdə həbs olunmuş bloqqer Aleksandr Lapşin Belarus Baş Prokurorluğunun onun Azərbaycana verilməsi barədə çıxardığı qərardan apellyasiya şikayəti verib.
AzVision.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bunu Minsk Şəhər Məhkəməsi sədrinin köməkçisi Anastasiya Şilvyan bildirib.

Onun sözlərinə görə, Lapşinin Baş Prokurorluğun qərarından verdiyi şikayət Minsk Şəhər Məhkəməsinə daxil olub. Şikayətə yanvarın 26-da yerli saatla 14:00 da baxılacaq.

Agentliyin xəbərinə əsasən Lapşinin hüquqlarını İsrail və rusiyalı vəkillər qoruyacaq.

Qeyd edək ki, A. Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib. Onun Rusiya və İsrail vətəndaşlığı var.

AzVision.az


Teqlər:  





Xəbər lenti