Oteldə terror törədildi - 14 ölü, 25 yaralı

Oteldə terror törədildi - 14 ölü, 25 yaralı
  25 Yanvar 2017    Oxunub:1694
Somalinin paytaxtı Moqadişoda yerləşən oteldə partlayış törədilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, öncə terrorçular otelin qapılarını minalanmış avtomobillə dağıdıb. Daha sonra otelə daxil olan terrorçular foyedə olan şəxslərə atəş açmağa başlayıblar.

Hadisə nəticəsində azı 14 nəfər ölüb, 25 nəfər yaralanıb. “Əş-Şabab” terror təşkilatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti