Ağ Ev Trampın oğlu ilə bağlı bəyanat yaydı - Video

Ağ Ev Trampın oğlu ilə bağlı bəyanat yaydı - Video
  25 Yanvar 2017    Oxunub:2397
ABŞ administrasiyası ümid edir ki, Amerika ictimaiyyəti prezidentin kiçik oğlu 10 yaşlı Berron Trampı rahat buraxacaq.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.

“Prezidentlərin uşaqlarına imkanı verilir ki, o siyasi diqqət olmadan böyüsün. Bu, çoxdankı ənənədir. Ağ Ev bütünlüklə gözləyir ki, bu ənənə davam etdiriləcəkdir. Biz bu məsələdə sizin əməkdaşlığınızı yüksək qiymətləndiririk”- deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, bir neçə gündür Amerika mətbuatında prezidentin oğlu, qızı və həyat yoldaşı müzakirə mövzusudur. 10 yaşlı Berron Trampın qeyri-adi hərəkətləri diqqətdən kənarda qalmayıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti