İspaniyada məktəb avtobusu aşıb

İspaniyada məktəb avtobusu aşıb
  25 Yanvar 2017    Oxunub:1254
İspaniyanın paytaxtı Madrid yaxınlığında məktəbliləri daşıyan avtobus aşıb.
AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 uşaq xəsarət alıb.

Qeyd olunub ki, avtobus dönmə əməliyyatını düzgün yerinə yetirə bilməyib və nəticədə aşıb. Leqanesdəki kollecə istiqamətlənən avtobusda 11-13 yaşlı 25 şagird olub. Uşaqlar xəstəxanaya yerləşdiriliblər.

Onların həyatına heç bir təhlükə olmadığı bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti