Martin Şults Merkelə rəqib oldu

Martin Şults Merkelə rəqib oldu
  25 Yanvar 2017    Oxunub:1577
Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) lideri, AFR-in iqtisadiyyat naziri və vitse-kansleri Ziqmar Qabriel AFR kansleri vəzifəsinə namizədliyini irəli sürməkdən imtina edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, o, Avropa Parlamentinin sabiq sədri Martin Şultsun namizədliyini dəstəkləyəcəyini bəyan edib.

Bunula da Martin Şults mühafizəkar Xristian Demokratik İttifaqından dördüncü dəfə namizədliyini irəli sürəcək Almaniya hökumətinin başçısı Angela Merkelə rəqib olacaq.

Qeyd edək ki, Almaniya parlamentinə seçkilər bu il sentyabrın 24-ə nəzərdə tutulur.

AzVision.az


Teqlər:  





Xəbər lenti