`Trampın mövqeyini dəstəkləyirik`- Lavrov

`Trampın mövqeyini dəstəkləyirik`- Lavrov
  25 Yanvar 2017    Oxunub:2116
“ABŞ ilə münasibətlərin normallaşması üçün ciddi iş lazımdır”.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı bildirib.

“Barak Obama dövründə Rusiya-ABŞ münasibətlərinə dəyən zərəri aradan qaldırmaq üçün ciddi iş tələb olunur. Prezident Putin qeyd etdiyi kimi, xalqlarımızın və qlobal təhlükəsizlik və sabitlik maraqları baxımından münasibətlərin sağlamlaşdırılmasına hazırıq. Prezident Trampın normal əlaqələrin qurulması ilə bağlı mövqeyini dəstəkləyirik. Rusiya ümid edir ki, ABŞ başqa ölkələrin işlərinə müdaxilə etməyəcək”.

Nazir əlavə edib ki, Rusiyanın ABŞ və Avropa Birliyi ilə dialoqun bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqların nəzərə alınması prinsipləri çərçivəsində qurulması mümkündür.

Rusiyalı diplomatların ölkə xaricində qorunması üçün tədbirlər kompleksi hazırlandığını deyən Lavrov bildirib: “Prezident Vladimir Putin tədbirlər kompleksi təsdiqləyib. Məhz bu tədbirlər kompleksi əsasında baş nazirə müvafiq təlimat verilib”.

AzVision.az



Teqlər:  





Xəbər lenti