Şahzadə edam olundu

Şahzadə edam olundu
  25 Yanvar 2017    Oxunub:2446
Küveytdə 6 nəfər edam olunub.
AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir ki, edam olunanlar arasında kral ailəsinin üzvü şahzadə Faysal Abdulla əl-Caber əl-Sabah da var. O, 2010 cu ildə qətl törətməkdə təqsirli bilinib.

Edam edilən digər şəxslər Misir, Efiopiya, Banqladeş və Filippin vətəndaşlarıdır.

Küveyt vətəndaşı Nüsra əl-Anaziyə 2009-ci ildə toyunda ərini yandırdığına görə ən yüksək cəza verilib. Hadisə nəticəsində qadın və uşaqlar da daxil olmaqla ən azı 57 nəfər faciənin qurbanı olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti