Ermənistanı qorxuya salan Rusiya vətəndaşı tapıldı

Ermənistanı qorxuya salan Rusiya vətəndaşı tapıldı
  25 Yanvar 2017    Oxunub:2852
Ermənistanı dövlət orqanlarının yerləşdiyi binaları partladacağı ilə hədələyən Rusiya vətəndaşının kimliyi müəyyən edilib.
AzVision.az “news.am”-a istinadən xəbər verir ki, bunu Rusiyanın İnterpol Milli Mərkəzi Bürosunun rəhbəri Aleksandr Prokopçuk deyib.

O, qeyd edib ki, həmin şəxs “Larnaka” hava limanını, eyni zamanda Ermənistan, Belarus və Qazaxıstanda hakimiyyət orqanlarının obyektlərini partladacağını deyib.

Prokopçukun sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin “bilərəkdən terror aktı barədə yalan danışmaq” maddəsi ilə cinayət işi başlanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti