`Hay`lar ölkələrinə `bay` deyir - `Eurostat`ın hesabatı (İNTERAKTİV QRAFİKA)

`Hay`lar ölkələrinə `bay` deyir - `Eurostat`ın hesabatı (İNTERAKTİV QRAFİKA)
  25 Yanvar 2017    Oxunub:14853
Ermənistanda vətəndaşların ölkəni kütləvi şəkildə tərk etmə tendensiyası davam edir. Bunun başlıca səbəbi işğalçılıq siyasətinin ölkəyə vurduğu ziyandan irəli gələn iqtisadi, sosial problemlər olsa da, daxili çəkişmələr, xalqın hökumətdən narazılığı hallarının da təsiri az deyil.

Son illər ölkədəki qeyri-sabit daxili vəziyyət, etiraz aksiyalarını yatırmaq üçün hökumət tərəfindən güc tətbiq edilməsi, kütləvi həbslər ölkədən insan axınını daha da sürətləndirib. 2016-cı ilin avqust və sentyabr aylarında Avropadan ilk dəfə olaraq qaçqın kimi sığınacaq istəyən ermənilərin sayı son 9 ilin orta aylıq göstəricisi ilə müqayisdə 3 dəfə artıb. Belə ki, 2008-ci ildə Avropa Birliyi (AB) ölkələrindən Ermənistanın 385 vətəndaşı qaçqın statusu ala bilmək üçun müraciət etmişdisə, 2016-cı ilin avqust ayında bu rəqəm 1110, sentyabr ayında 1185 olub. (Bu göstəricilər AB-nin Statistika Xidməti - `Eurostat`ın hesabatına əsaslanıb – red.)

Avropa İttifaqına qaçqın statusu almaq üçün müraciət edən Ermənistan vətəndaşlarının sayı





Sözügedən aylar ərzində vətəndaşlarının Ermənistanı tərk etməsinin səbəbi Yerevanda Sasna-Tser silahlı qruplaşması ilə Dövlət Polis Post-Patrul Xidməti Alayı arasında baş verən 15 günlük qarşıdurmalar olub. Sasna-Tser qruplaşmasının silahı yerə qoyması ilə yekunlaşan qarşıdurmalar zamanı 3 polis ölüb, onlarla etirazçı yaralanıb, azı 50 nəfər xəstəxanalara yerləşdirilib. Onların arasında dinc sakinlər də olub. Qarşıdurmalar zamanı həbs olunanlardan əksəriyyəti hələ də azad edilməyib.




Qeyd edək ki, Sasna-Tserin 28 üzvünün adı Ermənistanın 78 nəfərdən ibarət siyasi məhbusu siyahısındadır.

Eurostat-ın məlumatına görə, avqust və sentyabrda Avropadan ilk dəfə sığınacaq istəyən ermənilərin 49%-i qadınlar, 51% -i kişilər, 28%-i uşaqlar olub. 5 nəfər cinsini qeyd etməyib. Müraciət edənlərinn 33 faizini 35-64 yaşlı ermənilər təşkil edib ki, onların da özlərilə Avropaya aparmaq istədikləri uşaqlarının yaşı 14-dən aşağıdır. Ermənistanı tərk edən 18-34 yaşlı gənclərin sayı da ötən illərlə müqayisədə artıb. Onlar ölkəni tərk edənlərin 32 faizini təşkil edir. 14-17 yaşlıların göstəricisi 5%, 66 yaşdan yuxarı ermənilərin göstəricisi isə 2%-dir.



Ötən ilin yayında baş verən hadisələrdən sonra Avropaya üz tutan ermənilərin sayı 2008-ci ilin 1 mart hadisələrindən sonra köçənlərdən çoxdur.

Ümumiyyətlə, 2008-ci ilin yanvarından 2016-cı ilin dekabrınadək Avropada məskunlaşmaq üçün ilk dəfə müraciət edən Ermənistan Respublikasının vətəndaşlarının sayı 41310 nəfər təşkil edib.

Xəritədə Ermənistan vətəndaşlarının ən çox hansı ölkədən sığınacaq istədiklərini görmək olar




Ermənistanın Milli Statistika Xidmətinin açıqlamasına görə, 1992-2014-cü illər ərzində Ermənistanı 1 milyon 500 min nəfər tərk edib. ABŞ-ın Gallup araşdırmalar mərkəzinin apardığı sorğunun nəticələrinə görə, Ermənistan əhalisinin 44 faizi ölkəni müvəqqəti, 39 faizi isə daimi olaraq tərk etmək istəyir.

Xatırladaq ki, 2015-ci ilin ikinci yarısında Birləşmiş Millətlər Təşkilatının “Ölkələrin Demoqrafik Proqnozları”adlı hesabatında 3 milyon 18 min nəfərdən ibarət Ermənistan əhalisinin 2030-cu ildə 2 milyon 992 min, 2050-ci ildə 2 milyon 729 min nəfərə qədər azalacağı və 2100-cü ildə isə 1 milyon 700 min nəfər olacağı qeyd edilib.


Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti