Nazarbayev səlahiyyətlərindən imtina edir - VİDEO

Nazarbayev səlahiyyətlərindən imtina edir - VİDEO
  26 Yanvar 2017    Oxunub:2602
Qazaxıstanda köklü islahatlar həyata keçiriləcək.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bununla bağlı xalqa video müraciət edib.

Prezident müraciətində Qazaxıstanda hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə bağlı köklü islahatların aparılacağını bəyan edib.

O, ölkədə konstitusiya islahatları ilə bağlı referendumun keçiriləcəyini deyib, bəzi səlahiyyətlərinin parlamentə və hökumətə verilməsini təklif edib.

“Ölkə başçısı bundan sonra daha çox milli təhlükəsizlik, xarici siyasət kimi məsələlərlə məşğul olacaq. Hökumət və parlamentin rolu daha da güclənəcək. Səlahiyyətlərin bir hissəsi hökumətə və digər icra strukturlara veriləcək”, - deyə Nazarbayev vurğulayıb ki, parlament seçkilərində qalib gələn partiya hökumətin formalaşmasında əsas söz sahibi olacaq.



AzVision.az


Teqlər:  





Xəbər lenti