Prezident Trampa rədd cavabı verdi: `Pul verməyəcəyik`

Prezident Trampa rədd cavabı verdi: `Pul verməyəcəyik`
  26 Yanvar 2017    Oxunub:2883
Meksika hökuməti ABŞ-la sərhəddə çəkilən divarın tikinti xərclərini ödəməyəcək.
AzVision.az “RİA Novosti” istinadən verdiyi xəbər verir ki, bunu Meksika prezidenti Enrike Penya Nyeto bildirib.

“Mən uzun illərdir bizi ayıran divar tikintisinin davam etdirilməsi barədə qərarı pisləyir və buna görə təəssüflənirəm. Meksika divarlara inanmır. Meksika heç bir divara görə pul ödəməyəcək”, - deyə Nyeto vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini bir daha təsdiqləyib.

“Meksika ilə sərhəddə divarın tikilməsinə bir müddətdən sonra başlanılacaq. Meksika tikiləcək divarın xərclərini 100% ödəyəcək. Onlar hələ ki, bunu bilmirlər, lakin onlar divarın xərclərini ödəyəcəklər”, - deyə Tramp qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti