Viktoriya Nuland vəzifəsini tərk edir

Viktoriya Nuland vəzifəsini tərk edir
  26 Yanvar 2017    Oxunub:2032
ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland vəzifəsini tərk edəcək.
AzVision.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Ümumilikdə V.Nulanddan başqa, dövlət katibinin köməkçiləri Coys Barr və Mişel Bond, eləcə də dövlət katibinin inzibati-təsərrüfat işləri üzrə müavini Patrik Kennedi vəzifələrindən ayrılıb.

Qeyd edək ki, bu vəzifəyə ABŞ-ın yeni prezidenti Donald Tramp tərəfindən "Exxon Mobile" şirkətinin keçmiş rəhbəri Reks Tillerson namizəd kimi irəli sürülsə də, Senat hələ onun namizədliyini təsdiq etməyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti