72 yaşlı təqaüdçü prezident oldu

72 yaşlı təqaüdçü prezident oldu
  26 Yanvar 2017    Oxunub:1967
Avstriyada keçirilən prezident seçkilərində qalib gələn Yaşıllar Partiyasının sabiq lideri, təqaüddə olan iqtisadçi, 72 yaşlı Aleksander Van der Bellenin andiçmə mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, ölkənin 9-cu prezidenti təntənəli şəraitdə and içib:

“Respublikanın bütün qanunları və konstitusiyasına əməl edəcəyimə və öz borcumu vicdanla yerinə yetirəcəyimə and içirəm. Avstriyanın tarixi ənənələrinə sadiq qalaraq, qonşu və digər dövlətlərlə körpüləri möhkəmləndirmək, ölkənin neytrallığını diqqət mərkəzində saxlamaq və Avropa dəyərlərini daha da gücləndirmək üçün əlindən gələni əsirgəməyəcəm”.

Təntənəli tədbirdə səlahiyyət müddəti ötən ilin iyul ayında başa çatmış keçmiş Prezident Haynts Fişer, federal kansler Kristian Kern, vitse-kansler Raynhold Mitterlener, parlament üzvləri, ölkənin ictimai-siyasi xadimləri, diplomatik korpusun təmsilçiləri və jurnalistlər iştirak ediblər.

Qeyd edək ki, ölkə qanunları Federal Prezidentə geniş səlahiyyətlər versə də, adətən dövlət başçısı təmsilçilik statusu daşıyır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti