ABŞ-ın Ermənistandakı keçmiş səfiri Nulandın yerinə keçdi

ABŞ-ın Ermənistandakı keçmiş səfiri Nulandın yerinə keçdi
  26 Yanvar 2017    Oxunub:2236
ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Heffern Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə müavini vəzifəsini icra edir.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi saytında məlumat yerləşdirilib.

Daha əvvəl bu vəzifəni tutan Viktoriya Nullandın istefa verdiyi bildirilib.

Qeyd edək ki, Heffern 2011-2014-cü illərdə ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri olub. Ermənistandan getdikdən sonra Heffern Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə müavininin köməkçisi vəzifəsini tutub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti