Ermənistan ordusunda qətllərin sayı kəskin artıb

Ermənistan ordusunda qətllərin sayı kəskin artıb
  27 Yanvar 2017    Oxunub:1925
2016-cı ildə Ermənistan silahlı qüvvələrində qətllər, intiharlar və başqa hadisələr səbəbindən ölüm halları əvvəlki illərə nisbətən artıb.

Bunu epress-ə "Yurnalistlər insan hüquqları naminə" ictimai təşkilatının sədri Janna Aleksanyan deib. O həmçinin qeyd edib ki, bu onlar üçün gözlənilməz olub.

"Mən həmişə hesab edirdim ki,sərhəddə vəziyyət nə qədər gərgindirsə, hərbi hissələrdə də bir o qədər diqqətli və səfərbər olurlar. Ancaq əksi oldu", - deyə Aleksanyan bildirib.

Erməni insan hüquqları müdafiəçisinin sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi bütün xalqın əsgərlərin həyatı ilə yaşadığı keçənilki aprel eskalasiyası günlərində cəmiyyətin məlumatlandırılması işinin öhdəsindən də gələ bilməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti