Tramp Obamanın Fələstinə yardım qərarını dondurdu

Tramp Obamanın Fələstinə yardım qərarını dondurdu
  27 Yanvar 2017    Oxunub:1380
ABŞ prezidenti Donald Tramp Fələstin üçün ayrılan 221 milyon dolların köçürülməsini dondurub.

Bu barədə “The Times of Israel” məlumat yayıb. Məlumata görə, ABŞ nümayəndələri Fələstinin baş naziri Rami Həmdullahı vəsaitin köçürülməyəcəyi barədə məlumatlandırıblar.

Xatırladaq ki, əvvəlki prezident Barak Obama səlahiyyətlərinin başa çatmasına bir neçə saat qalmış Fələstinə 221 mln. dollar həcmində yardımın ayrılmasına dair sərəncam imzalamışdı. (APA)

AzVision.az


Teqlər:





Xəbər lenti