Tramp Netanyahuya məktub yazdı

Tramp Netanyahuya məktub yazdı
  27 Yanvar 2017    Oxunub:1588
ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya məktub yazıb.

Baş nazir bu barədə "Facebook" səhifəsində yazıb. B.Netanyahu bildirib ki, ona bu məktubu Yerusəlimdə səfərdə olmuş, ABŞ prezidentinin administrasiyasından Rudolf Culiani təqdim edib.

Baş nazir məktubun məğzi barədə ətraflı məlumat verməsə də, orada onun Vaşinqtona gələcək səfəri barədə müraciətin yer aldığını bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti