Qandonduran mənzərə: Məhbuslar bir-birini yeyib

Qandonduran mənzərə: Məhbuslar bir-birini yeyib
  27 Yanvar 2017    Oxunub:27632
Brazilyada məhbuslar bir-birini yeyib.
AzVision.az xarici mətbuata istinadən bildirir ki, Braziliya həbsxanalarında ilin əvvəlindən yaşanan zorakılıq hadisələrinə daha biri də əlavə olunub.

Ölkənin Natal kəndindəki Alcacuz həbsxanasında yaşanan hadisədən sonra qorxulu fakt aşkarlanıb. Belə ki, hadisə zamanı çəkilən videoda məhkumların rəqib qrupun üzvünü öldürüb yediyi iddia olunur. Alcacuzda 10 gün öncə baş verən qiyam zamanı 26 məhkum ölüb, onlardan çoxusunun başı, bədəni kəsilmiş vəziyyətdə tapılıb.

Qeyd edək ki, Braziliya məhkumların sayı ən çox olan ölkələrdəndir. Ölkənin Ədliyyə Nazirliyi həbsxanalarda 600 mindən çox məhkumun saxlanıldığını açıqlayıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:  





Xəbər lenti