Tramp sabah Putinə zəng edəcək - Kreml təsdiqlədi

Tramp sabah Putinə zəng edəcək - Kreml təsdiqlədi
  27 Yanvar 2017    Oxunub:2151
ABŞ prezidenti Donald Tramp həftəsonu rusiyalı həmkarı Vladimir Putinlə söhbət etmək niyyətindədir.

AzVision.az xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

Tramp vurğulayıb ki, Vladimir Putin ona seçkilərdə qalib gəldikdən sonra zəng edib: "Bizdə hələ müzakirələr olmayıb, amma bildiyimə görə tezliklə olacaq".

“NBC” telekanalının əməkdaşı Helli Cekson ABŞ administrasiyasında olan mənbələrə istinadən xəbər verir ki, telefon danışığı 28-29 yanvar tarixlərində baş tutacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı şənbə günü baş tuta bilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti