Sətəlcəmə qarşı peyvənd olunacağıq

Sətəlcəmə qarşı peyvənd olunacağıq
  22 Avqust 2013    Oxunub:1266
`Bu gün Azərbaycanda, uşaqların yoluxucu xəstəlikdən qorunması üçün, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi 10 xəstəliyə qarşı peyvənd edilir. Yaxın zamanlarda pnevmoniya xəstəliyinə qarşı da peyvəndin tətbiq edilməsi planlaşdırılır`.

AzVision.az xəbər verir ki, bu sözləri səhiyyə naziri Oqtay Şirəliyev bildirib.

O, qeyd edib ki, 4 yoluxucu xəstəliyə qarşı peyvənd məhz son 10 ildə tətbiq edilib:

`Respublika üzrə peyvənd planı hər il təxminən 96-98% yerinə yetirilir. 2003-cü ildən başlayaraq, immunoprofilaktika proqramının maliyyələşdirilməsi respublika büdcəsindən aparılır. Bütün vaksin preparatları və şprislər Səhiyyə Nazirliyi tərəfindən alınaraq respublikanın şəhər və rayonlarının tibb müəssisələrinə göndərilir`

Nazir vurğulayıb ki, 2006-cı və 2009-cü illərdə dünyanın bir çox ölkələrində yayılmış A/H5N1 virusu (quş qripi) və A/H1N1 virusu ilə (donuz qripi) yoluxma halları ölkəmizdə də qeyd olunub.

Lakin Səhiyyə Nazirliyi tərəfindən aparılmış məqsədyönlü profilaktik və əksepidemik tədbirlər nəticəsində xəstəlik ocaqları qısa müddətdə lokallaşdırılmış və ləğv edilib.

Mirvari


Teqlər:  





Xəbər lenti