Balerina – balet haqqında ilk animasiya filmi - Video
26 yanvardan fransız və kanada mütəxəssisləri, məşhur "1+1" bədii filminin prodüsserləri, rejissorlar Erik Sammer və Erik Uorinnin birgə ərsəyə gətirdiyi «Balerina» animasiya filmi ölkənin bütün kinoteatrlarında ekranlara çıxır.
Cizgi filminin əsas mövzusu – “inam” anlayışıdır. Arzularına və həyatını dəyişə bilmə qabiliyyətinə, sonda baş rolun buna ən çox layiq olana verildiyinə inanmaq. Ən əsası, dərin və səmimi hisslərin hətta ən sərt qəlbin belə buzlarını əridəcəyinə inanmaq...
Hadisələr Parisdə 1879-cu ildə - Eyfel qülləsinin yeni tikildiyi və yalnız zənginlərin övladlarının arzularının gerçəkləşə bildiyi bir dövrdə cərəyan edir. Kimsəsiz Felis balerina olmağı arzulayır və bu sıxıcı şəhərdən tez bir şəkildə uzaqlaşmaq arzusu ilə demək olar ki, yaşayır. Bu səbəbdən dostunun Britaniyanı tərk etmək təklifənə çox düşünmədən razılıq verir və Parisə yollanır. Lakin Paris görünür kimsəzilərə isti qucağını açamağa heç də öyrəşməyib və Qrand Operanın şagirdi olmaq üçün Felis özünü başqa birisi olaraq qələmə verməli olur. Lakin tarixin də göstərdiyi kimi, gizli olan hər şey nə vaxtsa üzə çıxır. Qarşıda isə onu həyatının ən sehirli macərası gözləyir. Və bu yolda onun qarşısında heç nə dura bilməz.
Film 19 əsr Paris elitası, balet və gözəlliyi sevənlərə həsr olunur. Bir çoxlarına balerinalığa gedən yolun ilk addımından tutmuş nailyyətə qədər necə çətin olduğunu göstərəcək, bəzilərinə isə hətta xatırladacaq belə.
BALERİNA - DİSNEY ŞƏHZADƏLƏRİNDƏN OLAN YENİ QƏHRƏMANDIR
BALERİNA – YÜKSƏK KEYFİYYƏTLİ ANİMASİYADIR
BALERİNA – ARZULARIN GERÇƏKLƏŞMƏSİNDƏN BƏHS EDƏN SEHİRLİ, ROMANTİK VƏ GÜLMƏLİ HEKAYƏDİR
BALERİNA – MƏŞHUR PRODÜSSERLƏRİN ƏRSƏYƏ GƏTİRDİYİ HEKAYƏDİR
BALERİNA – BALET HAQDA ÇƏKİLMİŞ İLK ANİMASİYA FİLMİDİR
Eldar Tanrıverdiyev
AzVision.az