Ermənistan müdafiə nazirinin kritik İran səfəri

Ermənistan müdafiə nazirinin kritik İran səfəri
  27 Yanvar 2017    Oxunub:2394
Ermənistanın müdafiə naziri Viqen Sarkisyan yaxın günlərdə İrana səfər edəcək.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Sarkisyan özü jurnalistlərə açıqlamasında bildirib.

“Yaxın günlərdə mən İrana səfər edəcəyəm. Bu olduqca vacib səfərdir. Bizim regionda təhlükəsizlik sahəsində çoxsaylı hədəflərimiz var”, - deyə Viqen Sarkisyan deyib.

Ermənistan Müdafiə Nazirliyinin rəhbəri qonşu ölkələrlə qarşılıqlı əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti