Həmsədrlər yazda regiona səfər edəcək

Həmsədrlər yazda regiona səfər edəcək
  27 Yanvar 2017    Oxunub:1858
ATƏT-in Minsk qrupunun həmsədrləri bu ilin yazında regiona səfər etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti "Mediamax”a müsahibəsində bildirib.

Viskonti qeyd edib ki, səfərin tarixi hələlik dəqiqləşməyib. Fransalı həmsədr Qafqaz regionu ilə çoxdan tanış olduğunu bildirib: “Ermənistan, Azərbaycan və Gürcüstana ilk səfərimi 1999-cu ildə - tələbə olarkən səyahətə çıxdığım zaman etmişəm. Regionun zəngin və qeyri-sabit tarixini araşdırmışam. Burada yaşayan bütün xalqlara qarşı heyranlıq və yaxınlıq hiss edirəm”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti