Əvəz Temirxan:`İsa ilə razılığa gəlmişik`

Əvəz Temirxan:`İsa ilə razılığa gəlmişik`
  22 Avqust 2013    Oxunub:1069
“Bu, vaxt itkisi deyil. Rüstəm bəyin sənədlərinin qaydaya dsüşməsini gözləyirik. Buna böyük ehtimal var”.
Bu sözləri AzVision.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Milli Şuranın sessiyasının avqustun 26-a təyin olunmasının vaxt itkisi olması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib. Partiya sədri vurğulayıb ki, sənədlərin qaydaya salınması ehtimalı olduğundan həmin tarixə qədər gözləmək lazımdır.

Ə.temirxan İsa Qəmbərin Mərkəzi Seçki Komissiyasına müraciət etmək üçün sənədlərini hazırlaması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: “Bu məlumatın doğruluğuna inanmıram. Çünki İsa bəy dünənki iclasda bütün partiyalarla konsenssusa gəlib. Ona görə də onun ayrıca namizədliyini verəcəyini düşünmürəm. Biz bütün hallarda vahid namizəd seçəcəyik”.

Fatimə KƏRİMLİ


Teqlər:





Xəbər lenti