45 universitetin tələbələri Bakıda

45 universitetin tələbələri Bakıda
  22 Avqust 2013    Oxunub:1361
BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin tələbələri Bakıda toplaşacaqlar.
Azərbaycanın İdman və Gənclər Nazirliyi BMT-nin İnkişaf Proqramına uyğun olaraq respublikada ilk dəfə olaraq beynəlxalq konfrans təşkil edəcək. Konfrans oktyabr ayına nəzərdə tutulub. Bu barədə AzVision.az İnterfax-a istinadən məlumat verir.

BMT İnkişaf Proqramının(BMTİP) Bakı nümayəndəliyindən verilən məlumata görə, 4 günlük konfransda Azərbaycan və BMT Təhlükəsizlik Şurasına üzv 15 ölkənin 45 universitetinin məzunları iştirak edəcəklər.

Konfransa hazırlıqlar çərçivəsində BMTİP-in Bakı ofisinin təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyəti idman və gənclər nazirinin müavini İntiqam Babayevin rəhbərliyi altında 26-30 avqust tarixində BMT-nin Nyu-yorkdakı baş qərargahına səfər edəcəklər.
Səbinə Həsənova


Teqlər:





Xəbər lenti