Tramp dünya liderləri ilə danışıqlara başlayır

Tramp dünya liderləri ilə danışıqlara başlayır
  27 Yanvar 2017    Oxunub:1796
ABŞ Prezidenti Donald Tramp yanvarın 28-də telefon vasitəsilə Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland və Rusiya Prezidenti Vladimir Putinlə danışacaq.

Bu barədə Ağ evin mətbuat katibi Şon Spayser məlumat verib. Bir qədər əvvəl ABŞ Prezidentinin müşaviri Kelliann Konuey CBS telekanalına müsahibəsində Donald Trampın telefon danışığı zamanı Vladimir Putinlə “radikal İslam terrorizminə” qarşı mübarizəni, həmçinin bir sıra digər məsələləri müzakirə edəcəyini deyib.

Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov da Vladimir Putin və Donald Tramp arasında şənbə günü telefon danışığı olacağını təsdiqləyib. Onun sözlərinə görə, prezidentlər ikitərəfli münasibətlərin mövcud vəziyyəti ilə bağlı əsas parametrlər üzrə fikir mübadiləsi aparacaqlar.

AzVision.az


Teqlər:





Xəbər lenti