Aİ Azərbaycanla bağlı yeni sənəd layihəsi hazırlayıb

Aİ Azərbaycanla bağlı yeni sənəd layihəsi hazırlayıb
  27 Yanvar 2017    Oxunub:1684
Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə idarəsinin baş direktoru Kriatian Danielson və Avropa Xarici Siyasət Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə İdarəsinin icraçı direktoru Tomas Mayr-Harting yanvarın 31-də Azərbaycana gəlir.

Bu barədə Avropa Xarici Siyasət Xidmətinin "Şərq Tərəfdaşlığı" ölkələri ilə ikitərəfli əlaqələr departamentinin rəhbəri Dirk Şubel bildirib.

Onların Bakıda yüksək səviyyəli görüşləri nəzərdə tutulur: "Onlar Azərbaycana əməkdaşlıq prioritetləri sənədinin layihəsini təqdim edəcəklər. Bu kimi sənəd assosiasiya sazişi olmayan ölkələr üçün tərtib edilir. Sənəd Azərbaycanla növbəti 3 il üçün əməkdaşlıq prioritetlərini müəyyənləşdirir. Sənəddə bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər də əksini tapacaq". (APA)

AzVision.az


Teqlər:  





Xəbər lenti