`Putin daha da güclənəcək, Tramp isə əksinə...` - Məşhur falçı

`Putin daha da güclənəcək, Tramp isə əksinə...`  - Məşhur falçı
  28 Yanvar 2017    Oxunub:7888
Donald Trampın prezident seçilərindən qalib çıxacağını deməklə bir anda məşhurlaşan Honk-Konqlu falçı dünya liderlərinin gələcəyi ilə bağlı ilginc fikirlər səsləndirib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Priskilla Lam adlı falçının sözlərinə görə, Tramp prezident kimi ilk vaxtlar uğurlara imza atacaq, amma 2017-ci ilin sonunda isə vəziyyət pisləşəcək.

Falçı hesab edir ki, Trampdan fərqli olaraq cari il Putin üçün düşərli olacaq. Onun ehtimalına görə, Putin qarşıdakı aylarda daha böyük uğurlar qazanacaq: “Putin üçün gözəl il olacaq. Rusiya iqtisadiyyatı inkişaf edəcək”.

Məşhur falçı hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçiriləcək referendumda istəyinə nail ola bilməyəcək.

“Ərdoğanın gözləri insanlardan daha böyük dəstək almayacağını ifadə edir. Ağzının ətrafındakı cizgilər isə hökümətdə olanların etibar ediləsi insanlar olmadığını deyir. Ərdoğan üçün yaxşı bir il olmayacaq”, -deyə Priskilla Lam söyləyib.

Lama görə, Almaniyanın kansleri Angela Merkel seçkilərdə müvəffəqiyyət qazanacaq.

Narkotiklə mübarizə siyasəti ilə dünyanın diqqətini çəkən Filippin lideri Rodriqo Duterte xoruz ilində dünyaya gəlsə də, sərt tənqidlərə məruz qalacaq.

Lam Çin lideri Xi Jinpingin isə bu il daha çox pul qazanacağını düşünür.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti