Donald Tramp İŞİD-lə döyüşə artilleriya göndərir

Donald Tramp İŞİD-lə döyüşə artilleriya göndərir
  28 Yanvar 2017    Oxunub:2079
Ağ Ev Suriya və İraqda İŞİD-ə qarşı mübarizədə döyüş helikopterləri və artilleriyadan istifadə edə bilər.

Bu barədə "The New York Times" qəzeti yazıb. Qəzetin məlumatına görə, hazırda Suriyanın şimalında İŞİD-ə qarşı döyüşən yerli dəstələr ABŞ-ın başçılıq etdiyi koalisiyadan yalnız hava dəstəyi görür.

Ancaq hələ seçkiöncəsi kampaniyasında Donald Tramp bəyan etmişdi ki, İŞİD-in məhv edilməsi üçün "gizli plan" var.

Məlumata görə, Tramp hərbi eskpertlərə terrorçularla mübarizədə yeni plan hazırlamaq üçün 30 gün vaxt verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti