Useyn Bolt olimpiya medalını geri qaytardı

Useyn Bolt olimpiya medalını geri qaytardı
  28 Yanvar 2017    Oxunub:2471
Yamaykalı əfsanəvi sprinter Useyn Bolt 2008-ci il Pekin Olimpiadasında əldə etdiyi 4×100 metr məsəfəyə qaçış üzrə qızıl medalını geri qaytarıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Useyn Bolt bunun yaxşı hal olmadığını deyib.

“Medaldan məhrum edilməyim yaxşı hal deyil. Lakin bu, Beynəlxalq Olimpiya Komitəsinin tələbi idi. Buna görə də mən medalı geri qaytardım”, - deyə idmançı bildirib.

Qeyd edək ki, idmançının komanda yoldaşı Nesta Karterin qanında dopinq aşkar edilib. Bu səbəbdən Yamayka yığması tam heyətlə medallardan məhrum olunub.

Xatırladaq ki, 30 yaşlı Bolt üç Olimpiadada iştirak edib - Pekin (2008), London (2012) və Rio-de-Janeyro (2016). O, bu turnirlərdə ümumilikdə doqquz qızıl medal qazanıb. Bu qərar nəticəsində idmançı bir tituldan məhrum edilərək səkkizqat Olimpiya çempionu olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti