42 nəfər sarı qızdırmadan ölüb

42 nəfər sarı qızdırmadan ölüb
  28 Yanvar 2017    Oxunub:2051
Braziliyada bir həftə ərzində 42 nəfər sarı qızdırmadan dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb. Qeyd olunub ki, 107 şübhəli ölüm faktı ilə bağlı təhlil aparılıb və onların 42 nəfərinə müsbət cavab verilib.

Sarı qızdırma xəstəliyinin simptomlarını daşıya biləcək 555 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan 86 nəfərində bu diaqnoz artıq təsdiqlənib.

Qeyd edək ki, sarı qızdırma kəskin ağır keçən xəstəlik olub, insanlarda 30-60% hallarda ölümlə nəticələnir. Xəstəlik 2-6 günlük inkubatsion dövrdən sonra qəfildən temperaturun 40C yə qədər yüksəlməsilə başlayır. Bel nahiyyəsində kəskin ağrılar,gözün hiperemiyası, öd, qusma,anuriya halları meydana çıxır. 4-5 gündən sonra xəstənin vəziyyəti yaxşılaşır. Əksər hallrda isə bir neçə saatdan və ya bir iki gündən sonra yenidən temeratur yüksəlir, sarılıq meydana çıxır, selikli qişalarda qansızma müşahidə olunur. Virus ağcaqanad vasitəsilə keçirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti