Araz Əlizadə :`Müsavat və AXCP həmişə xaricə işləyib`

Araz Əlizadə :`Müsavat və AXCP həmişə xaricə işləyib`
  22 Avqust 2013    Oxunub:1228
“Düşünmürəm ki, Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP )hakimiyyətə işləsin. Müsavat və AXCP adlarını demokratik qoysalar da, həmişə xaricə işləyiblər”.

Bu sözləri AzVision.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə müxalif mövqeli yazar Zamin Hacının `AXCP və Müsavat hakimiyyətə işləyir` fikirlərinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, adıçəkilən partiyalar heç vaxt Azərbaycanı fikirləşməyiblər : “Əgər bu partiyalar Azərbaycanı fikirləşsəydilər, xarici ölkələr hay deməmiş, xaricə üz tutmazdılar. İsa Qəmbər Erməni milli hərəkatı ilə əməkdaşlıq və həmrəylik müqaviləsi bağlayıb. İsa Qəmbər bizi düşünsəydi, belə bir müqaviləyə imza atmazdı. Onlar başa düşmürlər ki, liderləri çoxdan Azərbaycana yox, xaricə çalışırlar. Liderləri onları inandırıblar ki, Azərbaycanın düşməni iqtidardır. Bunlar görəndə ki, rəhbərləri düşmənlərə işləyirlər, düşünürlər ki, iqtidara işləyirlər. Bu, çox böyük səhvdir. İqtidar özü-özünə düşmən deyil ki, Azərbaycan xalqının əleyhinə işləsin”.

Qeyd edək ki, dünən müxalif mövqeli yazarlar Elnur Astanbəyli və Zamin Hacı `Azadlıq` radiosunun efirində Milli Şura ilə bağlı məsələləri müzakirə ediblər.Müzakirə vaxtı Zamin Hacı bildirib ki, AXCP və Müsavat hakimiyyətə işləyir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti