Tramp və Putin 45 dəqiqə telefonla danışıb - Yenilənib

Tramp və Putin 45 dəqiqə telefonla danışıb - Yenilənib
  29 Yanvar 2017    Oxunub:2417
ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı başa çatıb.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, telefon danışığı təxminən 45 dəqiqə davam edib.

Prezidentlərin hansı məsələləri müzakirə etdiyi açıqlanmayıb.

***
(21:52)

ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser "Tvitter" səhifəsində yazıb. O, Trampın Rusiya prezidenti ilə telefon danışığının fotosunu yayıb.

Şəkildən göründüyü kimi, Tramp Oval ofisdə vitse-prezident Maykl Pensin və müşavirlərinin müşayirəti ilə Putinlə telefon danışığı aparır.

Məlumata görə, prezidentlər telefon danışıqlarının nəticəsinə dair rəsmi məlumatla çıxış edəcəklər.Hələlik dövlət başçılarının hansı məsələləri müzakirə etməsi barədə məlumat verilmir.

Qeyd edilib ki, Donald Tramp Putindən öncə Almaniya kansleri Angela Merkellə telefon əlaqəsi saxlayıb. Onların telefon danışığı 45 dəqiqə davam edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti