Trampla Putin nədən danışıb? - Təfərrüat açıqlandı

Trampla Putin nədən danışıb? - Təfərrüat açıqlandı
  29 Yanvar 2017    Oxunub:11035
Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında olan telefon danışığının təfərrüatları açıqlanıb.

AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumata yayıb.

Bildirilib ki, prezidentlər iki ölkə arasında əlaqələrin inkişafını müzakirə edib, ticarət-iqtisadi əlaqələrin bərpasının vacibliyini vurğulayıblar.

Ölkə başçıları həmçinin beynəlxalq problemlər, terrorizmlə mübarizə, Yaxın Şərqdə vəziyyət, Ərəb-İsrail münaqişəsi, strateji stabillik sahəsi, İranın nüvə proqramı və Koreya yarımadasının ətrafındakı vəziyyəti geniş müzakirə edilər. Bunlar və digər istiqamətlər üzrə əməkdaşlığı qurmaq razılığı əldə olunub.

Dövlət başçıları mütəmadi olaraq şəxsi əlaqə saxlamağa dair razılığa gəliblər.

Qeyd edək ki, prezidentlərin ötən gün baş tutan telefon danışığı 45 dəqiqə çəkib.

AzVision.az


Teqlər:  





Xəbər lenti