Rusiya Ermənistanı əsas müttəfiqi hesab edir

Rusiya Ermənistanı əsas müttəfiqi hesab edir
  29 Yanvar 2017    Oxunub:2295
Rusiya Ermənistanı Cənubi Qafqazda əsas müttəfiq hesab edir.
Bunu ötən gün İrəvanda Ermənistanın müdafiə naziri Vigen Sarqsyanla görüşü zamanı Rusiyanın müdafiə nazirinin müavini Ruslan Tsalikov bildirib.

R.Tsalikov Rusiya MN rəhbəri Sergey Şoyqunun adından Ermənistan milli ordusunun yaranmasının 25 illiyi münasibəti ilə V.Sarqsyanı təbrik edib.

“Bu müddət ərzində respublikada regiondakı hərbi təhlükəsizliyə mövcud təhdidlərə effektiv müqavimət göstərməyə, Ermənistanın müdafiə qabiliyyətini və mühafizəsini yüksək səviyyədə təmin etməyə qadir silahlı qüvvələr yaradılıb. Ermənistanı Cənubi Qafqazda müttəfiq və əsas tərəfdaş hesab edirik”, - deyə R.Tsalikov bildirib.

Sarqsyan bayram tədbirlərində qatılmaq üçün ölkəyə səfər etməsinə görə Rusiya nümayəndə heyətinə təşəkkür edib.

“Bu bizim üçün çox vacibdir. Mən ümid edirəm ki, əldə olunan razılaşmalar, 2017-ci ilin tədbirlər planında əks olunan məsələlər vaxtında reallaşdırılacaq”, - deyə Sarqsyan bildirib. (APA)

AzVision.az


Teqlər:  





Xəbər lenti