Sarkisyan müdafiə nazirini İrana göndərir

Sarkisyan müdafiə nazirini İrana göndərir
  29 Yanvar 2017    Oxunub:1681
Ermənistanın müdafiə naziri Vigen Sarkisyan İrana səfər edəcək.

Bu barədə İranın İRNA agentliyi məlumat yayıb. Məlumata görə, səfər zamanı iki ölkənin müdafiə nazirləri arasında danışıqlar aparılacaq.

Səfər yanvarın 30-na nəzərdə tutulub.

"Sarkisyanın səfərində əsas məqsəd İran və Ermənistan arasında müdafiə sahəsində məsləhətləşmələrin davam etdirilməsidir", - deyə qeyd edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti